MKT İstehsalat Kommersiya (MKT Cotton)

Avtomatika mühəndisi (Sumqayıt)

Sumqayıt, Azərbaycan

26.12.22


Qeyd

  • Texnoloji proseslərin və maşınların fasiləsiz işinin təmin olunması üçün texnoloji və elektrik sxemləri üzrə nasazlıqlarının aşkarlanması, aradan qaldırılması və düzgün texniki istismarının təmin edilməsi;
  • SCADA sistemlərinin, HMI, PLC, AC, servo və stepper invertorların (driver) diaqnostikası, nasazlıqların aşkarlanması, proqramlaşdırılması və yenisi ilə əvəz olunması;
  • Qazanxana, kompressor və arıtma sahəsi avadanlıqlarında avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmir işlərinin aparılması və yenidən işə alınmasını təmin etmək.
  • Avtomatik nəzarət sistemlərinde istifade olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) diaqnostikası, nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
  • Çox funksiyalı ölçmə cihazlarının və həssas sensorların yenisi ilə əvəzlənməsi, kalibrasiya olunması və parametrlərinin düzgün daxil edilməsi;
  • İstehsalat avdanlıqlarında sıradan çıxan hissələri müəyyən etmək və onun yeni hissələrlə əvəz olunmasını təşkil etmək, təmir bərpa işləri üçün ehtiyat hissə bazasını yaratmaq,təmir planı tərtib etmək, təmir planına əsasən təmir işlərinin aparılmaq və hesabatlar hazırlamaq.


Əlavə məlumat:


  • İş yeri: Sumqayıt şəhəri, Gilan Tekstil Park MMC;
  • Naharla təmin olunma;
  • Əmək haqqı razılaşma əsasında;
  • Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqdır.



Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Avtomatika mühəndisi (Sumqayıt)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 30.12.22


"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar Elanlar